18.09.2024
18 sentyabr 2024-cü il tarixdə Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin dəstəyi və Gədəbəy rayon mədəniyyət müəssisələrinin, Mədəniyyət İşçiləri Həmkərlar İttifaqı Gədəbəy rayon Komitəsinin birgə təşkilatçılığı ilə Gədəbəy rayon Heydər Əliyev Mərkəzində musiqili tədbir keçirilib.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canından keçmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışçılar Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından bəhs ediblər. Tədbir dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərlərindən ibarət musiqi nömrələri ilə davam etdirilib.
Sonda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bərpa edilən "Arşın mal alan" filmi tamaşaçılara nümayiş olunub.